AZ

İsrail iranlıları silah istehsalı sahələrinə yaxın əraziləri tərk etməyə çağırıb

İsrail

İsrail Müdafiə Qüvvələri İranda silah fabrikləri və ya anbarlarının yaxınlığında yaşayan iranlıları evlərini tərk etməyə çağırıb.

EFE-in verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçai Adrai məlumat verib.

"Təhlükəsizliyiniz üçün sizdən bu əraziləri dərhal tərk etmənizi və növbəti bildiriş gələnə qədər geri qayıtmamanızı xahiş edirik", - məlumatda bildirilib.

Bundan əvvəl CNN məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edəcək.

Seçilən
31
50
xalqcebhesi.az

10Mənbələr