"Tottenhem"in "Bavariya"dan icarəyə götürdüyü Matis Teli birdəfəlik transfer edib.
QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Matis Tel fevraldan "Tottenhem"də çıxış edir. Komanda ilə UEFA Avropa Liqasının qalibi olan bu mövsüm Premyer Liqada 13 oyuna 2 1ol vurub, 1 qol ötürməsi edib.