AZ

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Türküstan şəhərində Türk DövlətləriKardioloqlarının II Qurultayı və Qazaxıstan kardioloqlarının XVIIQurultayı keçirilib.

Trend xəbər verirki, ötən ilin aprelində Bakıda təşkil edilmiş I Türk DövlətləriKardioloqlarının Qurultayının davamı olaraq keçirilən II Qurultayınməqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi vəprofilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiyamütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaqvə təcrübə mübadiləsi aparmaq, kardiologiya sahəsində yenilikləriişıqlandırmaq olub.

Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə NazirliyiElmi–Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru professorGülnaz Dadaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirakedib.

Açılış mərasimində Gülnaz Dadaşova Türk DövlətləriKardioloqlarının II Qurultayının sədrliyini təntənəli şəkildəQazaxıstan tərəfinə təqdim edib. Professor qurultayın vacibliyindəndanışıb, Türk dövlətləri arasında səhiyyə sahəsində də əlaqələrinmöhkəmləndiyini vurğulayıb.

Professorun sədrliyi ilə keçən “Türk Dövlətləri KardioloqlarınınQurultayı” adlı sessiyada o, “Kardiologiyada nailiyyətlər:Azərbaycanda əlçatanlığın və innovasiyanın genişləndirilməsi”,ETKİ-nin elmi katibi tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova“Ekologiya - ekoloji risk faktorları və ürək-damar xəstəlikləri” vətibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev “Azərbaycanda TAVİ-nintətbiqi. Keçid səhiyyə sistemində strateji və sistemli perspektiv”mövzularında çıxış ediblər.

Tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan,Türkmənistan, Rusiya, Belarus, Almaniya, İtaliya, Portuqaliya vəAvstraliyadan olan yüzdən çox görkəmli mütəxəssisi - aparıcıkardiologiya məktəblərinin və tədqiqat mərkəzlərininnümayəndələrini bir araya gətirib. Qurultayın proqramı arterialhipertenziyadan tutmuş kardiogenetikada ən son yanaşmalara və süniintellektin tətbiqinə qədər geniş spektrli aktual məsələləri əhatəedib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
4
4
az.trend.az

5Mənbələr