Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya daha 1200 Ukrayna Silahlı Qüvvələri (USQ) hərbçisinin cəsədini təhvil verib, Ukrayna isə heç bir cəsəd təhvil verməyib.
APA xəbər verir ki, bu barədə TASS-a Rusiya danışıqlar qrupundakı mənbə məlumat verib.
"Rusiya İstanbul razılaşmalarını yerinə yetirməyə davam edir. Bu gün Ukraynaya növbəti 1200 USQ hərbçisinin cəsədi təhvil verildi," — mənbə bildirib. "Ukrayna isə hələlik heç bir cəsəd təhvil verməyib."
Qeyd edək ki, iyunun 14-də də Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1200 hərbçinin cəsədini təhvil verib, Ukrayna isə heç bir cəsəd qaytarmayıb.
İyunun 14-dən etibarən Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində müddətsiz sanitariya mübadiləsinə başlayıblar və tərəflər yaralıları qarşılıqlı olaraq təhvil verirlər.