BAKI, 15 iyun. TELEQRAF
Azərbaycan milli komandasının cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəsini dayandırıb.
Teleqraf xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi ilk görüşündə məğlub olub.
73 kq çəki dərəcəsində yarışan 28 yaşlı cüdoçu 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının digər üzvləri Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə də tatamiyə çıxacaq.