AZ

Si Cey İqan-Rayli Marsel “Olimpik”i ilə anlaşdı

“Börnli”nin 22 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Si Cey İqan-Rayli bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Olimpik”in rəsmi saytına istinadən məlumat verir.

Futbolçu Fransa nəhənginin düşərgəsinə azad agent qismində, hazırda çıxış etdiyi 21 yaşa qədər gənclərin Avropa çempionatı başa çatdıqdan sonra keçəcək. Müqavilə müddəti açıqlanmayıb.

Si Cey İqan-Rayli “Mançester Siti”nin məzunudur. Si Cey böyük futbolda “şəhərlilər”in heyətində debüt edib, karyerası ərzində “Börnli”, “Hibernian” və “PSV Eyndhoven”in U-21 komandasında çıxış edib.

İqan-Rayli cari mövsümdə “Börnli” üçün 43 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Si Cey İngiltərənin əsas yığmasına hələ cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingiltərəli mərkəz müdafiəçisinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
arena.az

1Mənbələr