Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, 2019-cü ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli qatarlar idi:
"Bakı-Qazax və əksinə hərəkət edən qatarlar oturacaq tiplidir və İsveçrənin "Stadler Rail” şirkətinin istehsalıdır. Qatarlar gündə iki dəfə - səhər və axşam hərəkət edəcəklər. Bu istiqamət üzrə hərəkət edən qatarda 240-dan çox yer var. Bununla ADY 10 minə yaxın daha çox sərnişin daşıyacaq”.
O qeyd edib ki, sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunur: