İsrailin hücumları nəticəsində İranın yeddi yüksək rütbəli hərbçisi ölüb.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Bildirilib ki, İsrail hərbçilərinin hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin tanınmış komandirləri və generalları Mahmud Baqiri, Davud Şeyxian, Məhəmməd Baqir Taherpur, Mənsur Səfərpur, Məsud Tayeb, Xosrov Həsəni və Cavad Carsara həlak olub.