AZ

İlon Maskdan İrana qarşı həmlə

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Amerikalı sahibkar İlon Mask iyunun 14-də İran üzərində "Starlink" sisteminin işə salındığını elan edib.Demokrat.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb."Şüa siqnalları qoşulub", - deyə o bildirib.Mask bu şərhi ondan İran vətəndaşları üçün "Starlink" peyk internet sistemini aktivləşdirməyi xahiş edən istifadəçinin paylaşımının altına yazıb.Paylaşımın müəllifi bunu "İran rejiminin tabutuna son mismarı vurmaq" üçün istəyib.İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
2
demokrat.az

3Mənbələr