AZ

Zəvvarların Azərbaycana qayıdışı qrafikə uyğun davam edəcək

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

“Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq”.

Bunu Redaktor.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

"Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. İlk qrup sabah axşam saatlarında Azərbaycana çatacaq",- V. Cahangiri bildirib.

O qeyd edib ki, 100 nəfərə yaxın sonuncu zəvvar qrupunun isə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycana yola düşməsi planlaşdırılıb.

Xatırladaq ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayrılıb. Həmçinin ilk zəvvar qrupu mayın 25-də yola düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
16
redaktor.az

10Mənbələr