AZ

Tehran Təl Əviv gərginliyi Yaxın Şərqin geosiyasi arxitekturasını dəyişə bilər

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Yaxın Şərq uzun müddətdir ki, dünya siyasətinin ən ziddiyətli strateji bölgələrindən biridir. Hal hazırda bölgənin əsas aktorlarından hesab edilən İsrail və İran tamamilə fərqli ideoloji, dini və geopolitik mövqelərdən çıxış edərək, regionda öz təsir imkanlarını genişləndirməyə çalışırlar. Hər iki ölkənin ambisiyaları müasir çalarlarla yanaşı, imperiya xarakteri daşıyır və regionda üstünlüyü ələ keçirmək üzərində qurulub. Bu isə tərəflər arasında mövcud problemlərin yaranmasını əsaslandırır. Əgər bu zamana qədər İsrail-İran qarşıdurması proksi münaqişələr fonunda cərayan edirdisə, indi açıq havadan-havaya müharibəyə şahidlik edirik. Tehrandan fərqli olaraq Təl-Əviv rəqibini daha çox analiz edərək vəəə bir hücumla üstünlüyü ələ keçirdi. Burada əsas məqam Mossadın peşəkarlığı və İran daxilində formalaşdırdığı gücdən qaynaqlanır. Onlar daxildən kamikadze hücumlarla cənub qonşumuzun müdafiə şəbəkəsini çökdürməyi bacardılar və döyüş təyyarələri rahat şəkildə verilən tapşırıqları yüksək səviyyədə icra etdi. Yalnız, bir gün sonra İranın müdaifə qüvvələri hücumlara reaksiya verməyə başladı. Necə deyərlər iş-işdən keçəndən sonra.İranda öz növbəsində əllərində olan tək bir imkanla, yəni, ballistik raketlərlə İsraili hədəf aldı və zəif də olsa hücumlara reaksiya verdi. Lakin, reallıq ondan ibarətdir ki, nə İsrailin, nə də İranın irəliləyən zamanda quru əməliyyatları keçirmək potensialı yoxdur. Ümumiyyətlə, ABŞ-ın dəstəyi olmasa İsrailin bu tip kompaniyanı edə biləcəyi belə sual altındadır. Ancaq, bütün hallarda ikilinin arasındakı qarşılıqlı təsir və raqabət bölgədəki digər oyunçuların da strategiyalarına təsir edir. Bu səbəblə Tehran - Təl-Əviv gərginliyi ümumilikdə Yaxın Şərqin geosiyasi arxitekturasını dəyişə bilər. Tehranın qlobal müstəvidə və regional siyasətdə ard-arda etdiyi səhvlər yekunda ölkəni beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum etdi. Artıq İran cəmiyyətində belə rejimin propaqandaları əvvəlki kimi populyar deyil və hesab edirəm ki, postXameyni dövrünə hazırlıq gedir. Əgər İsrail istədiyinə nail olsa, irəliləyən dönəmdə İranda Qərbin və onların maraqlarına xidmət edəcək bir hakimiyyət formalaşacaq.Pərviz Mirizadə, siyasi şərhçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
newscenter.az

10Mənbələr