AZ

İran İsrail vətəndaşlarını ölkəni tərk etməyə çağırdı! “İsrail yaşayış üçün yararsız hala gələcək, vətəndaşlar ölkəni tərk etsin”

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü və parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ebrahim Rezaei İsrailə qarşı yeni mərhələdə daha da sərtləşəcək hərbi addımlar barədə xəbərdarlıq edib.

İranın dövlət televiziyasında çıxış edən rəsmi bəyan edib ki, “İsrail ərazisi yaxın zamanda yaşayış üçün yararsız hala gələcək” və bu səbəbdən İsrail vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Onun sözlərinə görə, döyüşlər yaxın həftələrdə daha da intensivləşəcək və bu əməliyyatlar İsrail tamamilə geri çəkilənə qədər davam edəcək.

Eyni zamanda, Rezaei bildirib ki, “True Promise 3” adlı genişmiqyaslı əməliyyat planlaşdırıldığı kimi davam etdiriləcək və qarşıdakı mərhələlər “geniş, ölümcül və daha dağıdıcı” olacaq. O, İsrailin bu mərhələdə hərbi baxımdan ciddi itkilərlə üzləşəcəyini, həm də mülki obyektlər və şəhərlərin hədəfə alınacağını gizlətməyib.

Bu açıqlama fonunda regionda vəziyyət daha da gərginləşib. İranın son günlərdə həyata keçirdiyi ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumları İsrailin paytaxtı Təl-Əviv də daxil olmaqla bir çox şəhərləri hədəfə alıb. Əldə olunan məlumatlara əsasən, mülki infrastruktur ciddi zərər görüb, tələfatlar var. İsrail isə cavab olaraq İranın strateji hərbi və nüvə obyektlərini hədəfə alır. Nəticədə, qarşılıqlı hücumlar hərbi əməliyyatların daha da genişlənəcəyini göstərir.

Musavat.com xatırladır ki, eyni çağırışları İsrail tərəfi də edir. Baş nazir Netanyahu İran xalqına müraciət edərək, böyük şəhərlərdən çıxmağa çağırıb. O, eyni zamanda İran xalqını ayağa qalxmağa və rejimi dəyişməyə də səsləyib.

Görünən budur ki, tərəflər bir - birlərinə yalnız raket atmır...

 

Musavat.com

Seçilən
91
1
musavat.com

10Mənbələr