AZ

SEPAH-ın daha yeddi yüksəkrütbəli hərbçisi öldürüldü

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü İsrailin endirdiyi zərbələr nəticəsində daha yeddi yüksəkrütbəli İran hərbçisinin öldürüldüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilir ki, onlar raket proqramına və pilotsuz uçuş aparatlarının hazırlanmasına rəhbərlik ediblər.

Bununla da İsrailin indiyədək zərbələri nəticəsində öldürülən yüksəkrütbəli hərbçilərin sayı 15-ə çatıb.

Bizim.Media


‌‌‌

Seçilən
12
bizim.media

1Mənbələr