Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunda yerləşən klinikada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Daxil olan məlumat əsasında FHN-in müvafiq yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.