Naxçıvanda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 67-BF-243 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib.
Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfəri xəsarət alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.