AZ

Laçında maşını dərəyə aşdı - Xəsarət alan var

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “HOWO” markalı avtomobil idarəetməni itirib.

Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
11
50
azreform.info

10Mənbələr