AZ

Rayan Şerki: “Karyeramın ən yaxşı mövsümünü keçirmişəm”

“Mançester Siti”nin 21 yaşlı fransalı sağ cinah hücumçusu Rayan Şerki bu il karyerasının ən yaxşı mövsümünü keçirdiyi qənaətindədir.

Arena.az “City Xtra” dərgisinə istinadən, “şəhərlilər”in yeni transferinin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm, mən karyeramda ən yaxşı mövsümü keçirmişəm, elə edə bilmişəm ki, insanlar ancaq yaxşı xüsuslar haqda danışsınlar: mənim ötürmələrim, driblinqim… Mən, çoxlarının, ünvanıma yönəlmiş əsassız tənqidlərdən söhbət açdığını eşitmirəm. Çox az oyunçular sakitliyini qoruyub-saxlaya və müvafiq müqaviməti göstərə bilərdilər.

Mən keçirdiyim mövsümdən razıyam, hətta 18 dəfə yaxşı çıxış edə bilsəm belə. Bu gün mənim yeganə istəyim – meydanda olmaqdır… Düşünürəm, mən bütün baxışlarda irəliyə doğru addım atmışam: səmərəlilik, müdafiədə iş, topsuz səylərim… Hamı mənim hücum üslubuma, driblinqimə, ötürmələrimə bələddir… Hər şeydən çox mən bunlar üzərində deyil, kim olmaq istədiyim üzərində çalışmışam, bu isə elə, fərq deməkdir.

Mənimlə əvvəllər baş vermiş hər şey, mənim bu il etdiklərimi mümkün etdi. Mən özümün bütün güclü tərəflərini toplayaraq, yaxşılaşdırmağım gərək olanlara əlavə etdim ki, həmin bu mövsüm kimi bir mövsüm keçirə bilim”, deyə Şerki vurğulayıb.

Rayan Şerki Lion “Olimpik”inin məzunudur və 2019-cu ildə “uşaqlar”ın heyətində böyük futbolda debüt edib. “Mançester Siti” Şerkini cari ilin iyun ayında Lion təmsilçisindən 36,50 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda satın alıb. “Şəhərlilər” fransalı futbolçu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Şerki “Olimpik” üçün 44 oyuna çıxıb, 12 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Rayan Şerki cari ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 2 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı hücumçunun trasnfer qiymətini 45 milyon avor məbləğində qiymətləndirir.

Seçilən
32
arena.az

1Mənbələr