AZ

Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib. 

Öncəliklə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə  elmlər doktoru, dosent Leyla Zöhrabova yubiley münasibəti ilə çıxış edərək öz təbriklərini çatdırdılar.

Daha sonra bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistiləri  Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor), və Şərif Bağırov (klarnet), Mirxalid Məmmədzadə (fleyta), Yuliya Kərimova (piano), Ənvər Kərimov (truba) dinləyicilər qarşısında çıxış etdi.

Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
22
13
milli.az

10Mənbələr