Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
Bu barədə "Report"un Cənub bürosu xəbər verir.
Görülən müvafiq tədbirlər nəticəsində Qırğızıstan diplomatik nümayəndəliyinin əməkdaşları - ailə üzvləri də daxil olmaqla, daha səkkiz nəfər (üçü böyük, beşi uşaq olmaqla) Azərbaycan tərəfə keçib. Daha 10 nəfərin təxliyəsi həyata keçirilir.