AZ

Fahrettin Altun Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsinin direktoru Fahrettin Altun Azərbaycanı Milli Qurtuluş Günü və Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanın Milli Qurtuluş Günü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü münasibəti ilə sizi ən səmimi duyğularımla təbrik edirəm. Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində qardaş Azərbaycanla birlikdə həqiqətləri dünyaya çatdırmaq üçün əzmlə gələcəyə doğru addımlayacağımıza ürəkdən inanırıq", - Altun qeyd edib.

Seçilən
44
50
publika.az

10Mənbələr