İyunun 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Şahdağda 23, Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Kəlbəcərdə 16, Şirvanda 15 m/s-yə çatır.