AZ

Barselona nın qapıçısı Qalatasaray a keçə bilər

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın yollarını ayırmaq istədiyi Mark Andre ter Ştegen karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" alman qapıçını transfer etmək istəyir.

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi ter Ştegenlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Barselona" yüksək məbləğdə təzminat tələb etməsə, transfer baş tutacaq.

Qeyd edək ki, Mark Andre ter Ştegen 2014-cü ilin yayından "Barselona"da çıxış edir. Almaniya millisinin üzvü olan 33 yaşlı qolkiper ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
sport24.az

3Mənbələr