Bakıda parkda tanış olduğu qadınla münasibətdə olmaq istəyən Pakistan vətəndaşının başına iş gəlib. Onun 4 min manat pulunu oğurlayıblar.
Musavat.com xəbər verir ki, Pakistan vətəndaşı “Molokan” bağında gəzən zaman 19 yaşlı Gülsüm (ad şərtidir) adlı qızla tanış olub. Onun mobil nömrəsini alıb. Bu tanışlıq gecə saat 00:30 olub. yaşadığı evə gedən Pakistan vətəndaşı 3 saat sonra Gülsümə zəng edərək onunla görüşmək istədiyini deyib.
Gülsüm buna görə 250 manat istəsə də 200 manata razılaşıblar. Gülsüm Paskitan vətəndaşının evinə gedib. 200 manatını alan Gülsüm Paskistan vətəndaşının hamama girməsindən istifadə edərək döşəyin altında olan 4 min manatı götürüb. Pakistan vətəndaşı hamamdan çıxandan sonra Gülsüm onunla münasibət qurmaq istəmədiyini deyərək evi tərk edib. Bu zaman Paksitan vətəndaşı ona etiraz etməyib və hətta verdiyi 200 manatı da götürməyib.
Gülsüm gedəndən sonra Paskistan vətəndaşı pulunun yerində olmadığını görüb və polisə müraciət edib.
Polislər tərəfindən saxlanılan Gülsüm əməlini etiraf edib və pulu qaytarıb. Gülsüm özünə məxsus instaqram səhifəsi olduğunu və 200 manat qarşılığında tanımadığı şəxslərlə münasibətdə olduğunu deyib.
Gülsüm barəsində cinayət işi açılıb istintaq davam edib və iş məhkəməyə göndərilib. İş məhkəməyə çatanda Gülsümün hamilə olduğu da müəyyən edilib.
Məhkəmə zərərçəkmiş şəxsin şikayətçi olmadığını, Gülsümün hamilə olduğunu nəzərə olaraq onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Musavat.com