AZ

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək - FOTO

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.

Dənizkənarı Milli Parkdan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.

İdman.biz

Seçilən
23
21
idman.biz

10Mənbələr