AZ

İran Rusiya ilə mümkün təxliyə ilə bağlı gizli danışıqlara başlayır..?

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İsrailin baş naziri daha əvvəl bildirmişdi ki, İranın ali rəhbərliyi artıq “çantalarını yığır”...

İranın ali dini lideri Əli Xamneyinin administrasiyası rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmək barədə Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır.

SİA-nın məlumatına görə, bu barədə İran İnternational məlumatlı mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, yüksək rütbəli rus məmurlarından biri Hicaziyə şəxsi zəmanət verib: İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək.

Mənbələr bildirirlər ki, digər yüksək rütbəli İran rəsmilərinin də oxşar razılaşmaları var. Onlardan bəziləri, İran İnternational-ın yazdığı kimi, nəhayət ki, mümkün qaçış yollarını müəyyənləşdiriblər.

İsrailin baş naziri Binyamin Netanyahu daha əvvəl videomüraciət edib və İranın yüksək rəhbərliyinin artıq “çantalarını yığdığını” deyib. İsrailin İrana qarşı hərbi əməliyyatı iyunun 13-nə keçən gecə başlayıb.

Təl-Əviv hərbi əməliyyatlara başlamasını İranın nüvə silahı hazırlamasının qarşısını almaq zərurəti ilə əsaslandırıb. Hücum zamanı İsrail qüvvələri İranda bir sıra strateji əhəmiyyətli obyektlərə, o cümlədən nüvə obyektlərinə zərbələr endirib.

Nüvə proqramı ilə bağlı olan bir sıra yüksək vəzifəli İran rəsmiləri və alimləri də sıradan çıxarılıb.

Buna cavab olaraq Tehran kütləvi hücuma keçərək İsrailə yüzlərlə ballistik raket atıb.

İsrail hakimiyyətinin məlumatına görə, zərbə nəticəsində azı 13 mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb. İyunun 15-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə silahının hazırlanmasından imtinaya zəmanət verən saziş bağlamağa hazır olması barədə bəyanat verib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
sia.az

2Mənbələr