AZ

İranda indiyədək 128 nəfər həlak olub

İranda

İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur açıqlama verib.

O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. “Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, – nazirliyin nümayəndəsi vurğulayıb.

O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.
Seçilən
29
3
reyting.az

10Mənbələr