AZ

İsrail Məşhəd aeroportunu vurdu

İsrail ordusu İranın şimal-şərqindəki Məşhəd şəhərində hava limanına zərbələr endirib.

Musavat.com xəbər verir ki, məlumatı “Times of Israel” hərbçilərin bəyanatına istinadən yayıb.

Bildirilir ki, bu, İsrail üçün uzaqlığına görə rekord zərbədir.

Zərbənin hədəfinin hava limanında dayanmış yanacaq dolduran İran təyyarəsi olduğu qeyd edilir.

Zərbə məsafəsi İsrail sərhədlərindən təxminən 2300 kilometr aralıda yerləşir ki, bu da “əməliyyatın başlanğıcından bəri ən uzaq zərbə” idi.

"Hərbi-Hava Qüvvələri bütün İran ərazisində hava üstünlüyünə nail olmaq üçün çalışır", - İsrail ordusu bildirir. Lakin “Times of Israel”in qeyd etdiyinə görə, bu zərbə təkcə indiki müharibədə deyil, İsrailin bütün tarixində rekord zərbədir. Əvvəlki rekord 1985-ci ildə İsrail Hərbi Hava Qüvvələri Tunisdə, İsraildən 2000 kilometr aralıda yerləşən Fələstin Azadlıq Təşkilatının qərargahına zərbə endirdiyi zaman qeydə alınıb.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr