Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Avropa Gümüş Liqasının 2025-ci il mövsümündə növbəti matçını keçirib.
Arena.az xəbər verir ki, komandamız Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Macarıstan voleybolçuları ilə üz-üzə gəlib.
Komandamız bu oyunda 1:3 hesabı ilə məğlub olub. İlk setdə hesabda geri düşən Azərbaycan millisi ikinci setdə bərabərliyə nail olsa da, üçüncü və dördüncü setlərdə rəqiblə bacarmayıb.
Qeyd edək ki, daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gəlmiş Azərbaycan yığması İsveç və Lüksemburqa eyni hesabla uduzub. 4 oyundan sonra 3 xalı olan komandamız səkkiz iştirakçı arasında 5-ci yerdə qərarlaşıb. Azərbaycan voleybolçuları növbəti oyunu iyunun 20-də Farer adaları yığması ilə keçirəcəklər.
Avropa Gümüş Liqası
İkinci mərhələ
15 iyun
Azərbaycan – Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)
Bakı, GİN-in Voleybol Mərkəzi.