AZ

İrandan təxliyə olunan rusiyalı alim: “Qonaqpərvər Azərbaycandayam” – VİDEO

Rusiya alimlərindən ibarət nümayəndə heyəti İran-Azərbaycan sərhədini keçib və hazırda təhlükəsiz mühitdədir.

Bizim.Media xəbər veri ki, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Elina Sidorenko bildirib.

Onun sözlərinə görə, onlar indi Bakı hava limanına gedəcək, sonra isə birbaşa Rusiyaya uçacaqlar.
 

"Əziz dostlar, mən Azərbaycan ərazisindəyəm. Qonaqpərvər Azərbaycandayam. Rusiya səfirliyi əlindən gələni edir. Burada hər şey çox yaxşı təşkil olunub. Rusiya nümayəndə heyəti sərhədi keçir. Səfirlik əməkdaşlarına və sərhədçilərə təşəkkür edirəm".


Bildirilib ki, 14 rusiyalı beynəlxalq münasibətlər üzrə alimdən ibarət qrup İran – İsrail münaqişəsi zonasından uğurla təxliyə edilib.


Bizim.Media

Seçilən
30
11
bizim.media

10Mənbələr