“Məni maraqlandıran kəmiyyət deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Qırmızı-qaralar”ı I Liqanın çempionu edərək Premyer Liqaya qaytaran gürcüstanlı mütəxəssis “rəhbərlik sərəncamınızda neçə legionerin olmasına imkan yaradıb” sualına cavabında aşağıdakıları söyləyib:
“Əsas istədiyim ehtiyac duyduğumuz mövqeləri gücləndirməkdir. “Qəbələ”nin ən böyük üstünlüyü Birinci Liqada çempion olan komandanın özəyini qorumasıdır.
Belə deyim, maket hazırdır. Əlavə futbolçuların cəlb olunması bizə kömək edəcək.
İstirahət dönəmi olmasına baxmayaraq, hər birimiz bu məsələ ilə məşğul oluruq”.