Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa çempionu olub.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
Bu nəticə sayəsində 151 xal toplayan milli komandamız növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.
Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.