AZ

Avropa çempionu olan sərbəst güləşçimiz: Bu, yalnız mənim deyil, komandanın və məşqçilərin qələbəsidir

Qələbə yalnız mənim deyil, komandanın və məşqçilərin qələbəsidir.

"Report" xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedəki U-17 Avropa çempionatında 92 kq çəki dərəcəsində çıxış edərək qızıl medal qazanan sərbəst güləşçimiz Səid Paşayev jurnalistlərə açıqlamasında deyib.

İdmançı dünya çempionatına hazırlaşdığına diqqət çəkib: "Hədəflərim böyükdür. Buna çatmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Seçilən
7
13
report.az

10Mənbələr