AZ

İran İsraili ballistik raketlərlə vurdu - Yenilənib-Video

İran İsrailin hədəflərinə yeni raket hücumlarına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tasnim” məlumat yayıb.

Məlumata görə, İran tərəfindən azı 50 ballistik raket buraxılıb.

***

İsrail KİV xəbər verir ki, raketlər Təl-Əviv, Hayfa və Aşkelonu hədəf alıb.

***

“Middle East Eye” xəbər verir ki, İranın hücumlarında hədəflər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı və Hadera elektrik stansiyası da olub.

***

Hazırda İsrailin bir çox ərazilərində sirenalar səslənir. Əhaliyə mümkün qədər sığınacaqlardan çıxmamaq əmri verilib.

***

“Al-Jazeera” xəbər verir ki, hazırda İran raketləri paytaxt Təl-Əviv və Hayfa şəhərlərini vurur.

***

İsrail radiosu:

“Raketlərdən biri Hayfaya, digəri isə Təl-Əvivdəki binaya tuş gəlib”.

***

Hayfada İranın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.

***

“Tasnim” bildirir ki, İran İsrailin “Rafael” silah zavodunu vurub.

***

İranın göndərdiyi raketlərdən biri Ben-Qurion hava limanını vurub.



Seçilən
35
50
qafqazinfo.az

10Mənbələr