AZ

Formula 1: Kanada qran-prisində Corc Rassel sevindi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 10-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Monrealda təşkil olunub.

Kanada qran-prisində “Mersedes” pilotları dominantlıq ediblər. Qələbəni Corc Rassel qazanıb. Britaniyalı 27 yaşlı pilot 70 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə ilk, karyerası ərzində isə 3-cü qələbəsidir.

Rasselin komanda yoldaşı Kimi Antonelli Monrealdakı yarışda üçüncü yeri tutub. İkinci yer isə ötən mövsümün qalibi, “Red Bull”un niderlandlı dördqat dünya çempionu Maks Ferstappenə qismət olub.

Geridə qalmış 10 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 198 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 176 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 155 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 374 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 199 xalla ikinci sırada qərarlaşıb. “Ferrari” isə 183 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 11-ci qran-prisi Avstriyada keçiriləcək. Şpilberqdə baş tutacaq bu yarış iyunun 29-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 198
  2. Lando Norris (Maklaren) – 176
  3. Maks Ferstappen (Red Bull) – 155
  4. Corc Rassell (Mersedes) – 136
  5. Şarl Lekler (Ferrari) – 104
  6. Luis Hamilton (Ferrari) – 79
  7. Kimi Antonelli (Mersedes) – 63
  8. Aleksander Albon (Uilyams) – 42
  9. Esteban Okon (Haas) – 22
  10. İsaak Hacar (Rasinq Bulls) – 21
  11. Niko Hulkenberq (Zauber) – 20
  12. Lens Stroll (Aston Martin) – 14
  13. Karlos Sayns (Uilyams) – 13
  14. Pyer Qasli (Alpin) – 11
  15. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  16. Fernando Alonso (Aston Martin) – 8
  17. Oliver Berman (Haas) – 6
  18. Liam Louson (Red Bull) – 4
  19. Cek Duen (Alpin) – 0
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 374
  2. Mersedes – 199
  3. Ferrari – 183
  4. Red Bull – 162
  5. Uilyams – 55
  6. Haas – 28
  7. Rasinq Bulls – 28
  8. Aston Martin – 22
  9. Zauber – 20
  10. Alpin – 11
Seçilən
42
1
arena.az

10Mənbələr