AZ

İranın zərbələri ukraynalıların ölümünə səbəb oldu

İranın İsrailin Bat Yam şəhərinə endirdiyi zərbələr nəticəsində beş Ukrayna vətəndaşı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.  

Ölənlər arasında 3 uşağın olduğu bildirilir. Ukrayna Xarici İşlər Nazirliyi İsrail tərəfi ilə əlaqə saxladıqlarını və qalıqların müəyyən edilərək vətənlərinə qaytarılması istiqamətində addımlar atdıqlarını bildirib.

Seçilən
45
1
unikal.az

10Mənbələr