AZ

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq sazişini təsdiqləyib

İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında təsdiq edilmiş Müqaviləni ölkə prezidenti Məsud Pezeşkiana göndərib.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü İranın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlamentin sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqaviləni prezidentə təhvil verib”, - səfirliyin “Teleqram” kanalında bildirilib.

Yanvarın 17-də Kremldə danışıqlardan sonra Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar. Aprelin 21-də Rusiya lideri sazişi ratifikasiya edən qanunu imzalayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr