AZ

İsrail 3 gündə İranın 100-dən çox pilotsuz təyyarəsini vurub

İsrail 3 gündə İranın 100-dən çox pilotsuz təyyarəsini vurub

Hərbi Hava Qüvvələri və Dəniz Donanması İrandan İsrail istiqamətinə buraxılan PUA-ları məhv edib

İsrail Hərbi Hava Qüvvələri və Dəniz Donanması 13 iyundan başlayaraq İrandan göndərilən 100-dən artıq pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

AFN.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: “Əməliyyatın başlanğıcından bəri Hərbi Hava Qüvvələri və Dəniz Donanması İrandan İsrail istiqamətinə buraxılan 100-dən çox pilotsuz təyyarəni vurub.”

Həmçinin qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri və raket gəmiləri təhdidlərin qarşısını almaq üçün fasiləsiz fəaliyyət göstərir.

Seçilən
29
afn.az

1Mənbələr