AZ

6 ildən sonra Florensiyaya qayıdır

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Stefano Pyolinin yeni iş yeri müəyyənləşib."Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”i tərk edən baş məşqçi yenidən vətəni İtaliyada çalışacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, 59 yaşlı mütəxəssis “Fiorentina” ilə 3 illik müqavilə imzalayacaq. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub. Qarşıdakı həftələrdə rəsmi addımlar atılacaq.“Əl-Nəssr” Pyolinin rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 3-cü yeri tutub. O, komandaya 2024-cü ilin sentyabrında təyinat almışdı. Pyoli əvvəllər İtaliyada “Bolonya”, “Latsio”, “İnter”, “Fiorentina” və “Milan”da çalışıb. Onun Florensiya klubuna 2017-19-cu illərdə başçılıq etdiyini də xatırladaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr