AZ

Bu ölkədə güclü zəlzələ oldu - Ölən və yaralananlar var

Cənubi Amerika ölkəsi Peruda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumat yayıb. 

Məlumata görə, yeraltı təkanların episentri liman şəhəri Kallaodan 23 kilometr cənub-qərbdə, təxminən 53,5 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 5 nəfər isə xəsarət alıb. Zəlzələ paytaxt Lima da daxil olmaqla, bir sıra yaxın ərazilərdə də hiss olunub.

Hazırda bölgədə xilasetmə və qiymətləndirmə işləri davam etdirilir.

Seçilən
31
manset.az

1Mənbələr