AZ

SEPAH: Əməliyyatlar İsrail rejimi məhv olana qədər davam edəcək

İran silahlı qüvvələrinə daxil olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı əməliyyatları düşmənin gücünün tamamilə məhv edilənə qədər davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bu barədə xarici KİV SEPAh-ın press-relizinə istinadən məlumat yayıb.


İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri “Əsl vəd-3” adlı əməliyyatın, eləcə də gələcək fəaliyyətlərin əvvəlkilərlə müqayisədə daha güclü, sərt və dağıdıcı olacağını vurğulayıblar.


SEPAH nümayəndələrinin sözlərinə görə, zərbələr dəqiq olacaq və əsas obyektlərə yönəldiləcək. Həmçinin qeyd olunub ki, İsraili dəstəkləyən ölkələr nəzərə almalıdırlar ki, bu cür əməliyyatlar “cinayətkar rejim” aradan qaldırılana qədər davam edəcək.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
21
50
news365.az

10Mənbələr