AZ

Britaniya diplomatlarını İrandan təxliyə etmək niyyətində deyil

Britaniya hökuməti İsrailin İrana zərbə endirməsindən az əvvəl Tehrandan diplomatların ailələrini təxliyə edib.

Musavat.com xəbər verir ki, məlumatı “The Daily Telegraph” qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, təxliyə Vaşinqtonun amerikalı hərbçilərin ailə üzvlərini Yaxın Şərqdən çıxartdığı vaxtda baş verib. Nəşr qeyd edib ki, Britaniya hakimiyyəti İranla əlaqə saxlamaq üçün diplomatların özlərini Tehrandan təxliyə etməmək qərarına gəlib.

Bundan əlavə, London İranda yaşayan Britaniya vətəndaşlarını evakuasiya etməyi planlaşdırmır, qəzet vurğulayır. Nəşrin yazdığına görə, krallıq, həmçinin, ölkənin hava məkanının tezliklə açılacağına və kommersiya uçuşlarının bərpasına ümid edərək, britaniyalıları İsraildən təxliyə etməyi də planlaşdırmır.

Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr