BAKI, 16 iyun. TELEQRAF
İranda İsrailin MOSSAD kəşfiyyatına casusluqda təqsirli bilinən şəxs edam edilib
Teleqraf xəbər verir ki, İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, Esmail Fekri İsrailin “Mossad” kəşfiyyatına casusluqda ittiham olunaraq edam edilib.
Qeyd olunur ki, bu son həftələr ərzində İsrailə casusluqla bağlı həyata keçirilən üçüncü edamdır.