Moskva ÇSKA-sının futbolçusu Matvey Kislyak karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. ÇSKA Matvey üçün 20-25 milyon avro tələb edir.
Rusiyalı futbolçu başa çatan mövsümdə Premyer Liqada 22 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. O, Rusiya yığmasına da dəvət alır.