AZ

Skuterlə aktrisanı vurub qaçan şəxs telefonla üzr istədi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Aktrisanı vurub qaçan skuter sürücüsü hadisədən 10 gün sonra saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova iyunun 6-da Səbail rayonu ərazisində, axşam saatlarında yolu keçmək istəyərkən onu skuter vurub.

Sürücü yaralı qadına kömək etmək əvəzinə, hadisə yerindən qaçıb. Həmin vaxt ətrafdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilən aktrisa İradə Rəşidova artıq evə buraxılıb.

Aktrisa bildirib ki, onu skuterlə vuran şəxsin telefonla üzrxahlıq edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Ətraflı süjetdə:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr