AZ

Qərbi Virciniyada fəlakət: ölənlər var

ain.az, Azxeber.com saytına istinadən bildirir.

ABŞ-nin Qərbi Virciniya ştatında yağan güclü yağış sel fəlakətinə səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ştat qubernatoru 5 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Axtarış-xilasetmə işləri davam edir.

Sel nəticəsində bəzi binalar dağılıb.

Səlahiyyətlilər itkin düşənlərin axtarışlarının pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və təcili yardım qruplarının dəstəyi ilə davam etdiyini bildirib.

Milli Meteoroloji Xidmətdən (NWS) verilən açıqlamada, ani daşqınlarla bağlı diqqətli olunduğu və daşqından təsirlənən ərazilərdə fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
azxeber.com

1Mənbələr