AZ

Pakistandan nüvə bombası AÇIQLAMASI

“Dünya hər hansı məcburi razılaşmanı imzalamayan heç bir beynəlxalq nüvə nizam-intizamı ilə bağlı olmayan İsrailin nüvə qüdrətindən ehtiyatlı və narahat olmalıdır. Pakistan bütün beynəlxalq nüvə qaydalarına imza atıb, bizim nüvə potensialımız xalqımızın rifahı və ölkəmizi düşmənlərin planlarından qorumaq üçün nəzərdə tutulub”.

Ölkə.Az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

"Biz qonşularımıza qarşı İsrailin bu günlərdə geniş şəkildə nümayiş etdirdiyi hegemon siyasət aparmırıq. Qərb dünyası İsrailin yaratdığı münaqişələrdən narahat olmalıdır. Onların İsrailə himayədarlıq etməsi, bütün regionu və onun hüdudlarından kənarı bürüyəcək fəlakətli nəticələrə səbəb ola bilər", - o deyib.

İyunun 15-də İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi İbrahim Rezai bildirib ki, Pakistan “İsrail nüvə bombası atsa, biz də onların üzərinə nüvə bombası atacağıq” deyib.

Seçilən
12
1
olke.az

2Mənbələr