Vətəninfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
Sitat: “İranda rejim dəyişikliyi əlbəttə ki, mümkündür, çünki hazırkı hakimiyyət çox zəifdir”.
Onun sözlərinə görə, İran əhalisinin 80%-ə yaxını ölkə rəhbərliyini devirmək istəyir və İsrailin əsas hədəflərə zərbələri rejimin süqutunu sürətləndirə bilər.
Netanyahu vurğulayıb ki, İranın addımları qlobal təhlükəsizliyə birbaşa təhdiddir.