AZ

Samiraldo 49 yaşını belə qarşıladı VİDEO

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Sosial şəbəkələrdə fenomenə çevrilən stilist  Samiraldo (Samir Əliyev) 49 yaşını təkbaşına qeyd edib.

Yenisabah.az xəbər verir ki, o, doğum günü münasibətilə özünə tort alıb və bu yaşı da heç kim olmadan qarşıladığını bildirib.

Fenomen paylaşımında həyatındakı bir çox şeyi tək əldə etdiyini vurğulayıb:

“Bu gün mənim ad günümdür. Açığı deyim ki, mən ad günümü heç kimlə qeyd etmirəm. Çünki həyatda özüm üçün yaşamışam, hər şeyi özüm əldə etmişəm, həyatımı da özüm qurmuşam. Ona görə də bu əziz gün yalnız mənə aiddir”.

Samiraldo qeyd edib ki, doğum günlərində ən çox sevdiyi şey nağıl tortudur və bu il də həmin ənənəsinə sadiq qalıb:

“49 illiyimi belə qeyd etdim. Açığı deyim, həmişə ad günümdə ən xoşladığım şey nağıl tortunu yemək olub və bu il də böyük məmnuniyyətlə o tortu özüm yeyəcəyəm”.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr