İran İsrailin davam edən təcavüzü fonunda danışıqları mənasız hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib.
Bəqayi deyib: “Bu vəziyyətdə danışıqlar aparmağın qətiyyən mənası yoxdur”.
Onun sözlərinə görə, ABŞ aydın mövqe tutmalı və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin təcavüzünü tanımalı və pisləməlidir.