AZ

Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO

Lənkəran rayonunun Parakənd kəndi ərazisində yol qəzası qeydə alınıb. Belə ki,  Xanbulan kənd sakini, 1954-cü il təvəllüdlü Xannəzər Abuzər oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Allahverdi Yusif oğlu Şərbətovun sürdüyü “Mercedes” markalı yük avtomobili toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı "Mercedes"in sürücüsü bildirib ki, qarşı tərəfin avtomobili qəfil manevr edərək onun hərəkət zolağına çıxıb və toqquşma qaçılmaz olub.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yolun kənarında yerləşən iri ağaclara çırpılıb.

Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü Xannəzər Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona sağ ayağın 1/3 hissəsinin sınığı diaqnozunu qoyublar və müalicə üçün uyğun şöbəyə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
8
36
bizim.media

10Mənbələr